Rusiya İmperatorluğunun qədim Alban kilsələrini zorən Azərbaycan xalqının əlindən alınaraq erməni apostol kilsəsinə verilməsi ilə bağlı fərmanı, əslində, heç bir qüvvəyə malik deyil və bu reallıq diktə edir ki, 1836-cı ildə verilmiş həmin fərmanın Azərbaycan xalqının tarixi irsinə heç bir təsiri ola bilməz. Bəs bu necə olmalıdır?
Azərbaycan dövləti Qafqaz Albaniyasının mədəni və tarixi sələfidir!
Təbii ki, Azərbaycan dövlətinin diktəsi əsasında. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, Azərbaycan dövləti Qafqaz Albaniyasının mədəni və tarixi sələfidir. Məhz bu baxımdan yanaşsaq bəlli olur ki, qədim Qafqaz Albaniyanın malik olan hər nə varsa, bu, eyni zamanda bizim xalqımıza məxsusdur.
Proseslər isə belə davam edə bilər:
Konstantinopol patriarxatına rəsmi müraciət və tarixi reallığın bərpası!
Və ən əsası, Albaniya Apostol Kilsəsinə məxsus bütün məbədlər Qərbi Azərbaycan torpaqlarında da qeydə alınmalıdır - Zəngəzurda, Şərqi Göyçədə, Vedibasarda, Zəngibasarda və ermənilərin "Kirants" adlandırdıqları Tovuzqalada!
Kilsə erməni monofizitlərindən azad edilməlidir!
Kilsə erməni monofizitlərindən azad edilməlidir! Yeri gəlmişkən, qeyd edək ki, Zəngəzur, Utik, Paytarakan, Xaçen və s. ərazilər bilavasitə (!) Qafqaz Albaniyanı knyazlığı tərəfindən yaradılmışdır.
Beləliklə, Zəngəzur gec-tez monopoliya və saxta erməni qriqorian kilsəsinin təsirindən azad edilməli və tarixi mənbəyinə qaytarılmalıdır. Bu gün Azərbaycanda kifayət qədər Alban Apostol Kilsəsinə aid insanlar, inanclılar yaşayırlar və bu amil də göstərir ki, onların hüquqları bərpa olunmalı, kilsə erməni monofizitlərindən azad edilməlidir! Hər halda düşünməyə dəyər...
Afət Tahirqızı