İsveçdə meymunçiçəyi virusunun mutasiyasına ilk yoluxma halı qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.
Qeyd olunub ki, bu, infeksiyaya Afrika qitəsindən kənarda ilk yoluxma halıdır. İsveç səhiyyə rəsmiləri isə bildiriblər ki, həmin şəxs Afrikada olarkən xəstəliyə yoluxub. Hazırda onun müalicəsi davam etdirilir.