Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunun N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 12 kvadratmetr olan taxta konstruksiyadan ibarət köşk və 60 kvadratmetr sahədə quru otluq ərazi yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Mətləb Salahov