"İnsanlar artıq bezib, yorulub” - türkiyəli nazirdən AÇIQLAMA

15 Avqust 2024 19:27 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İsrail və İrana çağırış edib. Türkiyəli nazir “Habertürk”ə müsahibəsində bu barədə deyib. Nazir xatırladıb ki, son zamanlar tərəflər arasında gərginlik artıb: “Amma bu, regionumuz üçün çox təhlükəlidir. Mən hər iki tərəfi ağıllı və məntiqli davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq bezib, yorulub”.

Mətləb