Cəbrayıl şəhərində yerləşən seçki məntəqəsi seçki gününə tam hazırdır

15 Avqust 2024 17:10 (UTC+04:00)

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 80 saylı seçki məntəqəsi Çərəkən, Daş Veysəlli, Daşkəsən, Minbaşılı, Şükürbvəyli kəndlərinin və Cəbrayıl şəhərinin inzibati ərazisini əhatə edir. Seçki məntəqəsi Cəbrayıl şəhərindəki “Azərişıq” ASC-nin inzibati binasında yerləşir. SİA xəbər verir ki, bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 120 Cəbrayıl-Qubadlı Dairə Seçki Komissiyasının 80 saylı seçki məntəqəsinin sədri Zaur Quliyev deyib. O bildirib ki, seçki məntəqəsi səsverməyə tam hazırdır: “Səsvermə kabinetləri tam hazır vəziyyətə gətirilib. Eləcə də, komissiya üzvlərinin və müşahidəçilərin səsvermə günü öz vəzifələrini rahat və şəffaf həyata keçirmələri üçün şərait formalaşdırılıb. Hazırda seçki məntəqələri üzvləri üçün DSK-da treninqlər keçirilir. Onlara seçki qanunvericiliyi ilə verilən hüquqlar, məsul olduqları vəzifələr bir daha geniş şəkildə izah olunur. Proses uğurla davam edir”.

MnSK sədri onu da əlavə edib ki, seçki günü ilə bağlı maarifləndirici materiallar lazımi ərazilərə yerləşdirilib.