Avstraliyada baş verən bu dəhşətli hadisə sosial mediada izlənmə rekordu qırıb. O, evinin bağçasında gördüyü komodo əjdahasını təəccüb və təlaşla lentə alıb. Həmin anlar kameraya belə düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, komodo əjdahası dünyanın ən böyük kərtənkələ növüdür və İndoneziyanın Komodo, Rinca, Flores və Gili Motanq kimi adalarında yaşayan sürünəndir. Bu nəhəng kərtənkələlərin uzunluğu 3 metrə qədər, çəkisi isə 70 ilə 90 kiloqram arasındadır.
Komodo əjdahaları güclü çənələri, iti dişləri və zəhərli tüpürcəkləri ilə tanınır. Onlar adətən ovlarını pusquda tutur və sonra dişləmələri ilə zərərsizləşdirirlər.