Məşhur futbolçu, “Neftçi” klubunun oyunçusu Qara Qarayev Azərbaycanda sentyabrın 1-də keçirləcək növbədənkənar parlament seçkiləri barədə fikirlərini bölüşüb. SİA xəbər verir ki, futbolçu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında ölkənin gələcəyində iştirak etməyin vacibliyini vurğulayıb və hər bir vətəndaşın seçkilərdə fəal iştirak etməsinin əhəmiyyətindən danışıb:
“Azərbaycan süverliyini bərpa etdikdən sonra artıq ikinci dəfədir ki, növbədənkənar seçkilər keçirir. Əvvəlcə dövlət başçımızı seçdik və Azərbaycanın gələcəyinə olan inamımızı bir daha təsdiqlədik. Növbədənkənar parlament seçkiləri də millətimizin birliyinin sübutudur. Sentyabrın 1-də müasir Azərbaycanın yeni dövründə Milli Məclisin yeni tərkibini seçəcəyik. Mən də bir vətəndaş kimi bununla fəxr edirəm və sentyabrın 1-də səsvermə prosesində iştirak edəcəyəm”.
Qeyd edək ki, Q. Qarayev 1992-ci ildə Füzulidə anadan olub. O, uzun illər “Qarabağ” futbol klubunda oynayıb.