"Tvitter"də haqsız yerə işdən çıxarıldığını iddia edən keçmiş işçi platformaya qarşı açdığı iddiada təzminat qazanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həmin şəxs fikirlərini belə ifadə edib: “İlon Mask bu ölkədə işçilərlə belə davrana bilməz”.
İrlandiya Respublikasının paytaxtı Dublindəki "Tvitter" ofisində proqram təminatçısı kimi çalışan Qari Run 2022-ci ilin noyabrında işdən çıxarılıb.
Texnologiya milyarderi İlon Mask 2022-ci ildə 44 milyard dollar ödəyərək "Tvitter"i aldıqdan sonra işçilərə elektron məktub göndərib. Mask "Tvitter 2.0"ı qurmaq üçün işçilərin uzun saatlar işləməli olacağını və hər kəsdən ən yaxşı performans gözlədiyini bildirib. E-poçtda həmçinin “Yeni Tvitter"in bir hissəsi olmaq istədiyinizə əminsinizsə, lütfən, aşağıdakı linkdəki “Bəli” düyməsini sıxın” ifadəsi də yer alırdı. Bunu etməyən kadrların üç aylıq işdən çıxma haqqı ilə işdən azad ediləcəyi də bildirilmişdi.