Bu ölkələrdə “qırmızı xəbərdarlıq” elan edildi

15 Avqust 2024 14:52 (UTC+04:00)

Balkan ölkələri Bosniya və Herseqovina və Serbiyada həddindən artıq istilər səbəbilə "qırmızı təhlükə" elan edilib və əhaliyə tədbir görülməsi ilə bağlı xəbərdarlıq edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, həyəcan siqnalı verilən Bosniya və Herseqovinanın bir çox şəhərində hiss olunan temperaturun 40 dərəcəni keçə biləcəyi bildirilib.

Hidrometeorologiya İnstitutu həddindən artıq isti hava şəraitinin həftə boyu davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və ehtiyatlı olmağı tövsiyə edib. Serbiya Xalq Sağlamlığı İnstitutundan Milan Yovanoviç Batut ölkənin 10 şəhərindəki hava şəraitini “çox təhlükəli” kimi qiymətləndirib. Səlahiyyətlilər həmçinin son dərəcə isti hava şəraitinin xroniki xəstəlikləri olanlar üçün əlverişsiz olduğunu, astma və ürək xəstəliyi olanların xüsusilə diqqətli olması lazım olduğunu bildiriblər.

Serbiya Avtomobil və Motosiklet Assosiasiyası da sürücülərə yolda daha diqqətli olmağı və günün ən isti saatlarında avtomobil idarə etməməyi tövsiyə edib.