Əliyar Ağayev Avropa Liqasının pley-off oyununda

15 Avqust 2024 14:51 (UTC+04:00)

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb. SİA AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda keçiriləcək.