Türk Hava Yolları (THY) Yaponiyada təsirli olacağı gözlənilən "Ampil" tayfunu səbəbindən sabaha planlaşdırılan Tokio reyslərini qarşılıqlı olaraq ləğv edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, THY-dən verilən açıqlamada, Tokioda təsirli olacağı gözlənilən əlverişsiz hava şəraiti səbəbi ilə sabah həyata keçirilməsi planlaşdırılan İstanbul Hava Limanı ilə Haneda Hava Limanı arasında 198 saylı reys ilə Haneda Hava Limanı ilə İstanbul Hava Limanı arasında TK 199 saylı reyslərin qarşılıqlı olaraq ləğv edildiyi bildirilib.