İsrailin 7 oktyabr 2023-cü ildən şiddətli hücumlarını davam etdirdiyi Qəzza zolağında həyatını itirən fələstinlilərin sayı 40 mini keçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 314 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.