Növbədənkənar parlament seçkiləri demokratik idarəetmənin daha da inkişafına töhfə verəcək - Media sahəsi üzrə mütəxəssis

15 Avqust 2024 13:52 (UTC+04:00)

“Növbədənkənar parlament seçkilərinin demokratik idarəetmənin daha da inkişafına töhfə verəcəyi, ölkəmizin taleyində xalqın məsuliyyətinin artırılmasında dönüş nöqtəsinə çevriləcəyi şübhəsizdir”. SİA xəbər verir ki, bu sözləri Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında media sahəsi üzrə mütəxəssis Vaqif Tanrıverdiyev bildirib. Seçki prosesinin işıqlandırılmasında media sektorunun rolunu və əhəmiyyətini vacib hesab edən mütəxəssis seçkilər haqqında maarifləndirmənin lazımi səviyyədə aparıldığını qeyd edib. O, əlavə edib ki, növbəti seçkilər Azərbaycan üçün yeni mərhələ olacaq.