Müğənni Ledi Qaqa imicində köklü dəyişiklik edib. SİA xəbər verir ki, pop müğənnisi İnstaqramda foto yayımlayıb.
38 yaşlı Ledi Qaqa qara saçlı fotosessiyaya çəkilib. Müğənni makiyajını ənlik və çəhrayı dodaq boyası ilə edib. Məşhur qara libas və bəbir xəz paltarında poz verib.
Ledi Qaqa 2019-cu ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. Harvard Universitetinin məzunudur. Polanski "Facebook"un həmtəsisçisi Şon Parker tərəfindən yaradılan Parker Qrupunun xeyriyyə layihələrində iştirak edirdi. Ledi Qaqa şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.
Aprel ayında müğənni nişan şayiələrinə səbəb olmuşdu. Ulduz gəzinti zamanı paparassilərə tuş gəlib. Jurnalistlər estrada müğənnisinin adsız barmağında brilyant qaşlı üzüyü görüblər. Məşhur isə dedi-qoduya münasibət bildirməyib.
İyulun sonunda Ledi Qaqa sahibkar Maykl Polanski ilə nişanlanması ilə bağlı şayiələri təsdiqlədi. Sonradan məlum olub ki, müğənni və iş adamı nikah müqaviləsi bağlamaq istəyirlər.