Son bir həftədə 73 terrorçu zərərsizləşdirilib

15 Avqust 2024 13:06 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi son bir həftədə 73 terrorçunun, 1 yanvar 2024-cü il tarixindən isə 845-i İraqın şimalında, 880-i Suriyanın şimalında olmaqla 1725 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"lk olaraq, Türk Silahlı Qüvvələrinin 14 Avqust 1974-cü ildə Kıbrıs türklərinə qarşı vəhşicəsinə zülmə son qoymaq üçün başlatdığı 2-ci Kipr Sülh Hərəkatının ildönümü münasibəti ilə dünyasını dəyişən şəhid və qazilərimizə Allah rəhmət eləsin, eteranlarımıza xoşbəxt və sağlam ömür arzulayırıq.

İraq və Suriyanın şimalı da daxil olmaqla, fasiləsiz və qətiyyətlə həyata keçirdiyimiz terroru mənbəyində məhv etmək strategiyası ilə - Son bir həftədə 73, - 2024-cü il yanvarın 1-dən indiyədək İraqın şimalında 845, Suriyanın şimalında 880 olmaqla 1725 terrorçu zərərsizləşdirilib.

Respublikamızın tarixində ən təsirli tədbirlər və çoxşaxəli təhlükəsizlik sistemləri ilə fasiləsiz qorunan sərhədlərimizdə ötən həftə qanunsuz keçməyə cəhd edən 529 nəfər tutulub. 1383 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. Tutulan şəxslərdən 11-i terror təşkilatının üzvüdür.

- Beləliklə, yanvarın 1-dən etibarən sərhədlərimizi qanunsuz keçməyə cəhd edənlərin sayı artaraq 8336 nəfərə çatıb. Sərhədi keçməzdən əvvəl bloklananların sayı 69 331 nəfər olub. Bundan əlavə, keçən həftə İraqın şimalındakı sığınacaq bölgələrindən qaçanlar da var 1 PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə Məntəqəmizə təslim olub.