Pakistanda insanlara əl qumbarası atılıb - 1 ölü, 10 yaralı

15 Avqust 2024 12:17 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində otelin qarşısında oturan insanlara əl qumbarası ilə hücum edilib. Təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, polis hücumda 1 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.

Səhiyyə rəsmiləri yaralıların müalicə altına alındığını bildiriblər. Qumbara atma aksiyası xalqın ölkənin müstəqilliyinin ildönümünü qeyd etdiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücumdur. 2000-ci ildə qurulan BLA, Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəni Bəluc xalqının idarə etməsini istəyir. Bu səbəbdən BLA Pakistan təhlükəsizlik qüvvələrini, hüquq-mühafizə orqanları əməkdaşlarını və mülki şəxsləri hədəf alan hücumlar həyata keçirir.

Pakistanın ən böyük əyaləti olan Bəlucistan ölkədə yoxsulluğun ən yüksək olduğu bölgədir. Əyalət həm də onilliklər ərzində İslamabad administrasiyası ilə mübarizə aparan separatçı hərəkatların mərkəzidir. Üsyançılar iddia edirlər ki, bölgə əhalisi Bəlucistanın zəngin yeraltı sərvətlərindən ədalətli şəkildə faydalana bilməz.