Avtomobil piyadanı vuraraq öldürüb

15 Avqust 2024 09:42 (UTC+04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Səbail rayonu "Jurnalistlər binası"nın qarşısında qeydə alınıb.

Elşad Hüseynov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobillə yolu keçən, 1974-cü il təvəllüdlü Həqiqət Abbasovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.