Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan diasporası dirçəlməyə başladı.Məhz dahi Heydər Əliyevin sayəsində xarici ölklərdə diaspor təşkilatlarımız gücləndi. Bu gün dünyada Azərbaycan diaspor təşkilatları məmləkətimiz üçün çox böyük işlər görürlər. Gəlin onu da danmayaq ki, ermənilərin iç üzünün açılmasında, Qarabağı vəhşicəsinə işğal etməsini, Xocalıda, Malbəylidə, Ağdabanda törətdikləri dəhşətli faciələri dünya xalqlarına çatdırdılar və erməni vəhşiliyini dünyada sübut elədilər. Bu da 44 günlük Vətən müharibəsində dünya xalqlarının Azərbaycanı dəstəkləməsində böyük rol oynadı.
Şimali Kiprdəki diaspor təşkilatımız da yaxşı işləyir. Buna rəğmən Şimali Kipr Türk Respublikasında (Kıbrıs Türk Cumhuriyyətində) yaşayan Azərbaycan diaspor fəalları “Alagadi” festivalında ölkəmizi layiqincə təmsil ediblər.
Bu festival Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok tərəfindən yüksək səviyyədə təşkil olunub.
Tədbirin açılışını Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar , Çatalköy-Esentepe Bələdiyə başçısı Ceyhun Kırok, KKTC Turizm Naziri Fikri Ataoğlu, diaspor fəalı Fuad Səfərəliyev ediblər
Festivalın keçirildiyi ərazidə Azərbaycan güşəsini yaradan diaspora fəalı, iş adamı Fuad Səfərəliyev deyib ki, “beş min nəfərdən çox insanın qatıldığı bu böyük tədbirdə Azərbaycan layiqincə təmsil edilir”. Sonra Fuad bəy vurğulayıb və bunları da əlavə edib:
-Bu tədbir hər il təşkil edilir. Biz isə diaspora fəalları olaraq ilk dəfədir ki, festivalda iştirak edirik. Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə və İrandan nümayəndələr öz ölkələrinin mədəniyyətini təmsil edir. Biz də özümüzə müqəddəs borc bildik ki, Azərbaycanın milli mətbəxini, tarixini, geyimlərini, bir sözlə zəngin mədəni irsini nümayiş etdirək,- deyə Fuad Səfərəliyev vurğulayıb.
Onun sözlərinə görə, iştirakşılar Azərbaycan güşəsinə böyük maraq nümayiş etdiriblər. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da Azərbaycan güşəsinə yaxınlaşaraq, xatirə fotosu çəkdiriblər.
Fuad Səfərəliyev həmçinin qeyd edir ki, “Şimali Kipr Respublikasında yaşayan diaspora fəalları bütün sahələrdə aktivdilər. Məhz buna görə də bu respublikanın rəhbərləri Azərbaycan diaspora təşkilatı ilə həmişə yaxşı münasibətdədirlər”.
Onlar 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində iştirak etmək üçün 50 nəfərlik heyət ilə Ankaraya gedərək, Ali Baş Komandan, Prezident İlham Əliyevə öz sədaqətlərini və dəstəyklərini nümayiş etdiririblər. Eləcə də Ankarada yaşayan azərbaycanlıların bu seçkiyə dəstək olmasında böyük iş görüblər. Çünki biz hamımız yaxşı başa düşürük ki, biz birlikdə güclüyük. Atalarımız da çox gözəl deyib: “Güc bir olsa, dağ oynadar yerindən”.

Arif ƏRŞAD,
yazıçı-tərcüməçi