Ukrayna Silahlı Qüvvələrinin gün ərzində Kursk istiqamətində itkiləri 270-ə qədər hərbi qulluqçu və 2 tank da daxil olmaqla 16 zirehli texnika təşkil edib. SİA xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 18 əsgər əsir götürülüb.
Kursk sərhəd bölgəsində gedən döyüşlər zamanı Ukrayna ordusu 2300-ə qədər hərbçi itirib.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Aptı Alaudinovun sözlərinə görə, regionda vəziyyət Rusiya qoşunlarının nəzarəti altındadır və düşmən qüvvələri blokadadadır.
Ümumilikdə, sərhəd bölgəsində gedən döyüşlər zamanı Ukrayna ordusu 2300-dək hərbi qulluqçusu, 37 tankı, 32 zirehli transportyoru, 18 piyada döyüş maşını, 192 zirehli döyüş maşını, 88 texnikası, 4 zenit-raket kompleksi, 2 buraxılış qurğusu, çoxlu raket sistemləri və 15 sahə artilleriya silahı itirib.
Axmat komandiri əlavə edib ki, Rusiya qüvvələri yaxın vaxtda Ukrayna ordu hissələrini tamamilə məhv etmək üçün hərtərəfli hücuma keçəcək. O qeyd edib ki, düşmənin texnikasının böyük hissəsi artıq məhv edilib. Ukrayna ərazisindəki hərbi bazalar və aerodromlar raket zərbələri ilə darmadağın edilib.
Rusiya Müdafiə Nazirliyi Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin 80 və 82-ci hava hücumu briqadalarının hərbi qulluqçularının əsir götürülməsi ilə bağlı video yayımlayıb.