Türkiyənin "Kara Dut" serialı ilə ekranlara qayıtmağa hazırlaşan İrem Helvacıoğlunun ortağı Şükrü Özyıldız olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sonuncu dəfə Yürek Çokmazı serialında canlandırdığı "Zeynep" obrazı ilə tamaşaçıların qarşısına çıxan İrem Helvacıoğlu yeni mövsümdə başlayacaq "Kara Dut" ilə geri dönür. Məşhur aktyorun ortağı bəlli olub.
Jurnalist Birsen Altuntaşın xəbərinə görə, Helvacıoğlunun ortağı Şükrü Özyıldız sonuncu dəfə "Esas Oğlan" serialında rol alıb. "Gain" kanalında yayımlanacaq serialın çəkilişləri yaxın günlərdə tamamlanacaq. Bu arada yaraşıqlı aktyor bir müddətdir baş qəhrəman Tayfunun axtarışlarının davam etdiyi Tims&B-nin maraqla gözlənilən "Kara Dut" serialı ilə əl sıxıb. Serialda Tayfun İrem Helvacıoğlunun canlandırdığı Zuhal Erdemin həyatına girəcək, bir sıra sirlər və intriqalar ardınca gələcək.