"Bütün hallarda spinal narkoz məsləhət görülür". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, təbii ki, əgər beldə heç bir problem yoxdursa spinal narkoz uyğundur: "Çünki ümumi narkoz hamiləlikdə gələcək körpəyə ziyandır. Uşaq yuxulu halda o narkozu almış şəkildə çıxır".
Ləman Əliyeva sözlərinə belə davam edib: "Amma spinal narkozun heç bir ziyanı yoxdur. Düzdür, bəzən deyirlər xanımlar arasında gəzən bir şayiə var ki, spinal narkozdan sonra bel ağrıyır, yerlərindən qalxa bilmirlər, nə isə belə problem olur. Amma bu boş sözdür. Əgər qadının belində heç bir problemi yoxdursa spinal narkozun heç bir ziyanı yoxdur".
Ayşən Vəli