Rusiya ordusu Kursk yaxınlığındakı vəziyyəti nəzarətə götürdüyünü elan etdi

13 Avqust 2024 13:47 (UTC+04:00)

Kursk vilayətində vəziyyətin gərginləşdiyi zonada vəziyyət Rusiya Silahlı Qüvvələrinin nəzarətinə götürülüb, düşmən yerləşdiyi yaşayış məntəqələrindən sıxışdırılıb çıxarılır. SİA xəbər verir ki, bunu “Rossiya-1” telekanalına RF Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Axmat xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib.

Komandan qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi və hazırda əhalinin məskunlaşdığı ərazilərdə təmizləmə aparılır.

“Bu gün zonada vəziyyət nəzarətə götürülüb, düşmənin yerləşdiyi ərazinin böyük hissəsi mühasirəyə alınıb”, - o, deyib.