"Gəncə" klubu belaruslu mütəxəssislə anlaşıb

13 Avqust 2024 13:35 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət "Gəncə" klubunda yeni təyinat olub. Bölgə təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, komanda Pavel Abaşevi heyətinə qatıb.

Belaruslu statist birillik müqaviləyə imza atıb.

Mütəxəssis ötən mövsüm “Beloqore” klubu ilə Rusiya Superliqasında bürünc medal qazanıb.