“Həkimlərimizi tanıyın!” - uzman həkim-radioloq Eldəniz Hüseynov

13 Avqust 2024 13:22 (UTC+04:00)

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə xoş xasiyyəti və diqqəti ilə pasiyentlərin rəğbətini qazanmış, qayğıkeş və yüksəkixtisaslı radiloq, Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynovu təqdim edirik. SİA xəbər verir ki, dr.Eldəniz Hüseynov Mərkəzi Gömrük Hospitalında ümumi radiologiya, neyro radiologiya, döş qəfəsi radiologiyası, süd vəzisi radiologiyası, fetal görüntüləmə, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, invaziv radiologiya sahəsində bütün prosedurları həyata keçirir. Eyni zamanda Dr.Eldəniz Hüseynov ürəyin tomoqrafiyası/koronar KT angioqrafiyasını və Kardiak Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsini həyata keçirir. Qeyd edək ki, Kardiak MRT- maqnit sahəsi və xüsusi kompüter proqramından istifadə edərək ürəyin ətraflı görüntülərinin alınmasını təmin edən, qabaqcıl ürək-damar görüntüləmə metodudur. Ürək tomoqrafiyası/koronar KT angioqrafiyaürəyin anatomik quruluşunun qiymətləndirilməsində və bir çox ürək xəstəliklərinin müalicəsində bələdçi olaraq istifadə edilən, kontrast maddə istifadə edilərək çəkilən tomoqrafik görüntüləmə üsuludur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/eldeniz-huseynov/ Dr.Eldəniz Hüseynov 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2003-2004-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçib, 2009-2014-cü illərdə Türkiyənin İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin radiologiya kafedrasında uzmanlıq təhsili alıb. Dr.Eldəniz Hüseynov 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Radiologiya şöbəsinin rəisi vəzifəsində çalışır.Dr.Eldəniz Hüseynov bilik və bacarıqlarını artırmaq məqsədilə 2011-ci ildə Türkiyənin Antalya şəhərində Türk Ulusal Radioloji konfransında, 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Karotis stentləmə kursunda, yenə həmin ildə Türkiyənin İstanbul şəhərində Türk Radioloji Dərnəyinin aylıq simpoziumlarında, 2018-ci ildə Ankarada isə Türk Maqnit Rezonans Dərnəyinin 23-cü illik konfransında iştirak etmişdir. Eldəniz həkim 2024-cü ilin aprel ayında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminarda “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri” mövzusunda təqdimatla çıxış edib.

Dr.Eldəniz Hüseynov daim öz üzərində çalışır, dünya səhiyyəsinin son nailiyyətlərini izləyir və öz təcrübəsində tətbiq edir. O, həmçinin, Türkiyə Radioloji Dərnəyinin və Türkiyə Maqnit Rezonans Dərnəyinin üzvüdür. Dr.Eldəniz Hüseynovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.