MGH-nin Xəstə Xidmətləri şöbəsi 7/24 saat rejimində pasiyentlərə xidmət göstərir - FOTO

13 Avqust 2024 12:02 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin əməkdaşları 7/24 saat rejimində çalışaraq müraciət edən pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmətlər göstərirlər. SİA xəbər verir ki, Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova başda olmaqla şöbənin bütün əməkdaşları müraciət edən pasiyentlərin həkim qəbuluna və ya diaqnostik müayinələrə vaxtında təyin edilməsi və qeydiyyata alınmasını həyata keçirirlər. Pasiyentlərin fasiləsiz qəbulunu təmin etmək məqsədilə qəbul şöbəsində qeydiyyatçıların növbə ilə işi təşkil olunub.

Həmçinin, Xəstə Xidmətləri şöbəsinin Çağrı mərkəzində çalışan əməkdaşları daxil olan bütün zənglərin qəbulunu, telefon, elektron poçt, votsap‎, facebook, instaqram və internet-çat vasitəsi ilə daxil olan müraciətlərin operativ şəkildə cavablandırılmasını təmin edirlər. Həyata keçirilən bütün tibbi xidmət növləri, eləcə də xəstə yaxınları pasiyentlərin vəziyyəti ilə əlaqədar olaraq ətraflı şəkildə məlumatlandırılır. Çağrı Mərkəzinin əlaqə nömrəsi - (012) 404-08-08.