...Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları Rusiyaya qarşı müharibədə Ukraynaya kömək etmək üçün təqaüdçü “F-16” pilotlarını təklif etməlidir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu amerikalı senator Lindsi Qrem Kiyevə səfəri zamanı deyib.
Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra Qrem deyib ki, azadlıq uğrunda mübarizə aparmaq istəyən təqaüdçü “F-16” pilotları Ukrayna tərəfindən işə götürülə bilər.
...Ukraynalılar öz pilotlarını yetişdirənə qədər onlara kömək etmək üçün təqaüdə çıxmış hazır pilotları NATO ölkələri arasında axtaracaqlar.
Bunu deyən Qremin sözlərinə görə, bu yolla Ukrayna pilotları təlim keçərkən müttəfiqlərindən daha əvvəl transfer edilmiş “F-16” təyyarələrindən istifadə edə biləcək.
Əli Babayev