Keçmiş ər uşağı Nadejda Mixalkovadan alıb..?

13 Avqust 2024 00:53 (UTC+04:00)

...Bəlkə də bəzilərinin yadında olmaz, amma mənim indiki kimi yadımdadır...

Belə ki, Nikita Mixalkovun kiçik qızı Nadejda 2010-cu ildə rejissor Rezo Giqineişvili ilə evləndi. O vaxtkı şayiələrə görə, guya qızın atası, Putinin dostu Nikita Mixalkov övladının seçimini bəyənməmişdi, lakin bu heç bir maneə yaratmadı və 2011-ci ildə sevgililər böyük bir şənlik keçirdilər və hətta sonradan bu şənliyin davamı Gürcüstanda təkrarlandı...yəni onlar evləndilər.

Hazırda cütlüyün iki övladı var idi: qızı Nina və oğlu İvan. ...Lakin 2017-ci ildə Nadejda Mixalkova və Rezo Giqineişvili boşanmaq üçün məhkəməyə müraciət etdilər.

Yenə də şayiələrə görə, guya sənətçi ərinin xəyanətinə dözə bilməyibmiş. Ancaq keçmiş sevgililər övladları naminə insani münasibətləri qoruya biliblər.

Qeyd edək ki, 2022-ci ildək iki ölkədə yaşayan rejissor hazırda Gürcüstanda məskunlaşıb.

SİA “Woman.ru”-ya istinadən xəbər verir ki, bəzi məlumatlara görə, Gürcüstana köçən Rezo, oğlu İvanı da özü ilə aparıb.

Bununla belə, anası aktrisa Nadejda Mixalkovadan ayrı qalıcı həyatdan söhbət gedə bilməz.

Bununla belə, İvan atasının vətənində çox vaxt keçirir, İnternetdəki pərəstişkarları belə nəticəyə gəldilər: Rezo varisini ölkənin adət-ənənələri ilə tanış edir.

Nazlı Almuradova