Ağ Ev Ukraynaya silah tədarükünü davam etdirməlidir..?

13 Avqust 2024 00:25 (UTC+04:00)

...Respublikaçı senator Lindsi Qrem və onun demokrat həmkarı Riçard Blyumental ABŞ prezident administrasiyasının Ukrayna üçün Rusiyada Amerika silahlarının istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı müdafiə ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, Liga.net-in müxbiri xəbər verir ki, onlar bu barədə Kiyevə səfərə gələndə bildiriblər.

...ABŞ hakimiyyətinin Ukrayna üçün Rusiyanın dərinliklərində zərbələr endirmək üçün ABŞ silahlarının istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmasının real olub-olmayacağı sualına Qrem cavab belə verib: Bilirsiniz, mən ukraynalılara silah verməyə icazə verərdim. Bu, Rusiya üçün reallıqdır.

Bunu deyən senator xatırladıb ki, uzaq mənzilli artilleriya Ukraynaya hücuma keçməyə və Rusiyanı geri itələməyə kömək edib. Qrem deyib ki, eyni şey “F-16” qırıcıları ilə də baş verməlidir.

...Silahların istifadəsinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Ruslar Ukraynanı məhv etməyə cəhdlərini davam etdirsələr, nə baş verəcək? Demokratik Ukraynanı bu işğaldan qorumaq üçün verdiyimiz silahlardan maksimum istifadə edilməlidir.

Bunu da amerikalı senator bildirib.

Yekun olaraq Qrem prezident Cozef Bayden administrasiyasını Ukrayna haqqında qısamüddətli deyil, uzunmüddətli perspektivdə düşünməyə çağırıb.

Qeyd edək ki, onun demokrat həmkarı Riçard Blumental da yuxarıdakıları təkrarlayıb. Onun sözlərinə görə, ukraynalı hərbçilər bir əlini arxada saxlayaraq döyüşə bilməz.

...Biz onlara silah verməyib, sonra da deyə bilmərik ki, onlar silahdan tam potensiallarından istifadə edə bilmirlər.

Bunu da 0o biri senator, Riçard Blyumental bildirib.

Əli Babayev