Tauberin ölkədən çıxışına qadağa qoyulacaq..?

12 Avqust 2024 21:17 (UTC+04:00)

...Moldovada müxalif “Pobeda” siyasi blokunun liderlərindən biri olan Marina Tauber, Kişinyovun onun ölkədən çıxışına qadağa qoya biləcəyini bəyan edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

Tauberin sözlərinə görə, o, Kişinyov rayon məhkəməsinə çağırış vərəqəsi alıb və bu məhkəmədə ona Moldovanı tərk etmək qadağan oluna bilər.

Mümkün sanksiyaya səbəb Moldovada qadağan olunmuş “Şor” partiyasının liderini dəstəkləyən mitinqdə iştirakda ifadə edilən partiyaların qanunsuz maliyyələşdirilməsi və “ədalətin həyata keçirilməsinə müdaxilə” ittihamlarıdır...

Əli Babayev