Belarus prezidentə qarşı zorakılığa görə cəza tətbiq edə bilər

12 Avqust 2024 22:35 (UTC+04:00)

...Belarusda hazırkı prezident və ölkənin keçmiş rəhbərlərinə qarşı zorakılığa görə cinayət məsuliyyəti tətbiq edilə bilər. Müvafiq qanun layihəsi baxılmaq üçün parlamentə təqdim edilib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Aleksandr Lukaşenko bildirib.

Sənəddə qeyd olunur ki, söhbət indiki prezidentin və ya ölkənin keçmiş başçılarının “zorakılıq və zorakılıq təhlükəsi, əmlakın məhv edilməsi və zədələnməsi”ndən gedir.

Qeyd edək ki, bu əməlləri törədən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə üzləşirlər.

Əli Babayev