Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə sərhədi keçmə təcrübəsi tətbiqini təklif edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Astanada Mərkəzi Asiya Dövlət Başçılarının VI qurultayındakı çıxışında Ş.Mirziyoyev turizmin regional tərəfdaşlıqda yeni hərəkətverici qüvvə olduğunu vurğulayaraq deyib: “Son 6 ildə Mərkəzi Asiya dövlətləri ümumi problemlərin həllində həmrəyliyi əhəmiyyətli dərəcədə artırıb, ticarət, investisiya, nəqliyyat və səyahət kimi sahələrdə həyata keçirilən layihələr sayəsində ortaq regional kimlik getdikcə güclənib.
İki ölkə vətəndaşları pasport əvəzinə şəxsiyyət vəsiqələri ilə sərhədi keçə və səyahət edə bilərlər.
Analoji sistem Qırğızıstan və Özbəkistan arasında 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
“Bir tur - bütün region” prinsipi ilə yeni kütləvi turizm məhsulları da hazırlanmalıdır”.