Bu ölkədə 94 nəfər təbii fəlakətin qurbanı olub

12 Avqust 2024 22:56 (UTC+04:00)

Nigerdə ​​iyun ayından bəri yağan leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 94 nəfərə yüksəlib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Ölkənin Mülki Müdafiə İdarəsinin yaydığı bəyanatda iyun ayından etibarən yağan leysan yağışların 135 min 156 adama zərər verdiyi bildirilib.
Bəyanatda leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 94 nəfərin həyatını itirdiyi, minlərlə insanın evsiz qaldığı vurğulanıb.
Qeyd edək ki, Nigerdə ​​hər il iyun ayından sentyabr ayınadək leysan yağışları yağır.Ötən ilin eyni dövründə yağan yağışlar nəticəsində 41 adam ölüb, 53 nəfər də yarala