Fidan və Blinken Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər

12 Avqust 2024 18:45 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli bildirib.

O qeyd edib ki, qarşı tərəfin təşəbbüsü ilə baş tutan danışıq zamanı İsraillə HƏMAS arasındakı danışıqlar prosesi və bölgədəki son vəziyyət müzakirə olunub.

Türkiyə XİN-in başçısı bölgədə artan gərginliyin narahatlıq doğurduğunu, İsrail-Fələstin qarşıdurmasında təcili olaraq davamlı atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.