Uqandada torpaq sürüşməsi...18 nәfәr ölüb

12 Avqust 2024 17:48 (UTC+04:00)

Uqandanın paytaxtı Kampalada leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 18 nəfər həyatını itirib.
SİA-nın əldə etdiyi məlumata görə, Uqanda Qızıl Xaç Komitəsinin sözçüsü İrene Nakasiita avqustun 9-da yağan leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində Kiteezi bölgəsində çökən zibil toplama məntəqəsində davam edən axtarış-xilasetmə işləri ilə bağlı açıqlama verib.
İrene Nikasiita bölgəsində aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 18 nəfərin meyitinin tapıldığını, yağışlar səbəbindən işlərin hələlik tamamlana bilmədiyini qeyd edib.