İsrailin müdafiə naziri Gallant İran və Livanın təhdidlərini ciddi qəbul etdiklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri Gallant X sosial media platformasında İran və Livanın "İsraili vurmaq" təhdidləri ilə bağlı açıqlama verib.
Gallant, İsrail Parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsini məlumatlandırdığını ifadə edib: "Tehran və Beyrutdan gələn təhdidlərin reallaşa biləcəyi bir dövrdəyik, ayıq və hazır olmaq lazımdır".
Əsas məqsədlərinin İsrail xalqını qorumaq olduğuna işarə edən müdafiə naziri bidlirib: "Son günlərdə müdafiəni gücləndirmək və eyni zamanda cavab olaraq hücum variantları yaratmaq üçün vaxt sərf etdik".
Təxminən iki həftədir ki, İsrail HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə və Hizbullahın yüksək səviyyəli komandirlərindən Fuad Şükürün öldürülməsinə cavab olaraq İran və Hizbullahdan mümkün hücumu gözləyir. Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Şükür İsrail ordusunun 30 iyulda Beyrutda həyata keçirdiyi hücumda həyatını itirib. HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda qətlə yetirilib. Təl-Əviv rəhbərliyi Beyruta hava hücumunda Hizbullahın yüksək rütbəli komandiri Şükürün öldürülməsindən və HƏMAS lideri Həniyənin Tehranda öldürülməsindən sonra Livan Hizbullahı və İrandan "güclü cavab gözlədiyini" açıqlamışdı.