Fövqəladə Hallar Nazirliyi Mingəçevirdə suda batan şəxslə bağlı məlumat yayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.