Prezidentin sərəncamı gənclərin inkişafına yönəlik mühüm dəyişiklikdir - Elm və Təhsil Nazirliyi

12 Avqust 2024 15:27 (UTC+04:00)

Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncama dəyişikliyini şərh edib. SİA-nın məlumatına görə, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında əsas dəyişikliklərdən birinin proqramın müddətinin uzadılması olduğunu bildirib:

"Dövlət Proqramının müddəti uzadılaraq 2022-2028-ci illər olaraq müəyyən edilib. İkincisi isə gənclərin sayının artırılaraq 400-dən 500-ə çatdırılmasıdır. Eyni zamanda doktorantura pilləsinin də Dövlət Proqramına əlavə edilməsidir. Növbəti ildən təhsilin bu səviyyəsi maliyyələşdiriləcək. Bu dəyişiklik gənclərin inkişafına yönəlik mühüm dəyişiklikdir".