"Artıq yay aylarında hipermarketlərdə insanlar satıcı qıtlığından gileylənirlər. Bu da şübhəsiz ki hipermarketlərin menecment işini düzgün təşkil etməmələri ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Üzeyir Şəfiyev sözlərinə belə davam edib: "Yəni, məkan böyük olsa da ancaq orada xidmət səviyyəsi çox aşağıdır. Bu da şübhəsiz ki insanların haqlı narazılığına səbəb olur. Bunun üçün lazımdır həmin marketlərdə bir xidmətə münasibəti öyrədən dəftərlər olsun, və yaxud da könüllülərdən ibarət olan bir qrup fəaliyyət göstərməlidir ki, orta xidmət səviyyəsini ölçmək üçün istifadə olunsun. Çünki hipermarketlərdə gerçəkdən məkanın böyüklüyünə baxmayaraq insanlara xidmət səviyyəsi, alıcılara xidmət səviyyəsi çox aşağı səviyyədədir. Bəzən də qeyri-məmnunluğa görə alıcılar daxil olur və lazımi sorğulara cavab almadığına görə və düzgün yönləndirmə olmdığına görə marketləri tərk edir. Beləliklə də bu onlar üçün diskomfort yaradır.
Ümumiyyətlə menecment işinin təşkili hipermarketlərdə xüsusi diqqətə alınmalıdır. Əslində bu onların özünün reputasiyası üçün lazımdır, reputasiyası zədələnməsin deyə onlar xidmət səviyyəsini artırmalıdır. Eyni zamanda marketlərdə növbəli satıcı heyəti fəaliyyət göstərməlidir və satıcı və alıcı münasibətlərinin xidmət səviyyəsini ölçmək üçün də hesab edirəm ki, hər bir hipermarketin tərkibində ictimai rəyi öyrənən mərkəzlər olmalıdır. İnsanların rəylərini, şikayətlərini, tövsiyələrini bilən bir mərkəz olmalı və bu mərkəz həmin hipermarketlərin menecment işinin təşkilinə töhfə verə, menecment işini yönləndirə bilər. Beləliklə də satıcı məmnunluğu təmin oluna bilər".
Ayşən Vəli