"Beşiktaş" 25 yaşlı ispan müdafiəçi Fransisko Montero ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdıqlarını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ağ-qara klubun rəsmi saytından verilən açıqlamada bildirilib: "Peşəkar futbolçumuz Fransisko Montero ilə müqaviləmizə qarşılıqlı razılaşma əsasında xitam verdik. Fransisko Monteroya gələcək karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, 2020-2021 mövsümündə transfer olunduğu "Beşiktaş"da ümumilikdə 46 matça çıxan ispan müdafiəçi 2 qol vurub.