Azərbaycan təmsilçiləri paralimpiadaya Fransanın Ajan şəhərində hazırlaşırlar

12 Avqust 2024 12:16 (UTC+04:00)

Azərbaycanın paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 21-dək davam edəcək toplanış Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.