6 bal gücündə zəlzələ Ermənistanı silkələdi

12 Avqust 2024 05:19 (UTC+04:00)

Yerli vaxtla saat 02:02-də Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudada zəlzələ qeydə alıb. Bu barədə SİA yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentrində yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib. Zəlzələ Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, Yerevan şəhərində isə 2-3 maqnitudada hiss olunub.