...Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hərbi əməliyyatları Ukrayna münaqişəsinin gedişatını dəyişdirə bilməyəcək. Bundan əlavə, bütün bunlar Zelenskinin Kiyevin Rusiya ilə qarşıdurmada uduzduğu fikrini dəyişmək arzusunun nümayişinə çevrildi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Sunday Times” yazır.
Məqalədə qeyd edilir ki, bu halda Zelenskinin “barmaq izləri hər yerdədir”.
...Uzun aylar idi ki, Kiyevdə, prezidentin yay hücumuna başlamaq üçün hərbi komandirlərinə təzyiq göstərməsi açıq sirr olaraq qalırdı. Lakin Ukraynanın insanlar və resurslarla bağlı problemlərini nəzərə alaraq, onlar tərəddüd edirdilər.
Bu, məqalədə deyilir.
Aydındır ki, Kiyev indi burada heç olmasa müəyyən mövqe tutmaq üçün dəyərli əsgər və texnikanı riskə atmağa hazırdır. Zelenskinin tənqidçiləri bunun həm əsgərlərin həyatının, həm də Ukraynanın Donbassda daha da cənubda ehtiyac duyduğu ağır texnikanın itkisi olduğunu iddia edəcəklər.
Maraqlıdır ki, məqalədə bu əks-hücum müharibənin gedişatını dəyişdirə bilməyəcəyi iddia edilir.
Əli Babayev