...Bu gün Şərqi Avropada paradoksal vəziyyət yaranmaqdadır. Belə ki, bir tərəfdən orduların yenidən silahlanması davam edir, digər tərəfdən isə yerli silahlı qüvvələrin şəxsi heyətini artırmaq üçün yeni çağırışçılar tapmaq getdikcə çətinləşir.
Əlbəttə, qitənin şərqindəki gənclərin Rusiyadan gələn təhlükə ilə bağlı öz hökumətlərinə inanmaya bilrələr. Amma Ukraynadakı ağır itkilər fonunda onlar özlərinin yox, başqasının ölkəni müdafiə etməsini istəyirlər.
SİA-nın əldə etdiyi məlumata görə, Berlin Azad Universitetindən regional ekspert Aleksandr Liebman hesab edir ki, buna səbəb region gənclərinin Qərb davranış modellərini mənimsəməsidir..?
Bu gün Qərbin bəzi ölkələri yerli silahlı qüvvələr üçün şəxsi heyəti artırmaqda çətinlik çəkirlər.
“Berliner Zeitung” qeyd edir ki, kadrlarla bağlı problemlər Çexiya, Polşa, Macarıstan və Rumıniyada özünü bariz şəkildə göstərir.
Məsələn, Polşa öz ÜDM-nin demək olar ki, 5 faizini orduya xərcləmək niyyətindədir və Polşa ordusunun sayının artırılması da planlaşdırılır. “Ancaq müşahidəçilər hökumətin 300.000 əsgərdən ibarət ordu yaratmaq məqsədinin real olduğuna şübhə edirlər. Beləliklə, bütün reklam kampaniyalarına baxmayaraq, insanlar Polşa ordusunu tərk etməyə davam edir.
Yeri gəlmişkən, 2023-cü ildə bu ölkədə 9 min peşəkar hərbi qulluqçu xidməti tərk edib.
...Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-mayor Karol Dymanovski, bunu əmək bazarının çox rəqabətli olması ilə bağlayır.
Məsələ bundadır ki, Polşa ordusu sadəcə olaraq maaşlar baxımından ticarət sektoru ilə rəqabət apara bilmir. Səfərbərlik böhranını aradan qaldırmaq üçün Polşa hətta “ordudan ayrılma” kampaniyasına başladı: 18-35 yaş arası vətəndaşlara 28 günlük ilkin hərbi təlim təklif edir.
...Berlin Azad Universitetinin Şərqi Avropa üzrə eksperti Alexander Liebman Polşada və regionun digər ölkələrində gənclərin hərbi xidmətdən yayınmasında xüsusilə təəccüblü heç nə görmür. O, Şərqi Avropadakı gənclərin müasir Qərb cəmiyyətinin tipik dəyərlərini mənimsədiyini bildirir.
“Berliner Zeitung” üçün şərhində almaniyalı ekspert, bəzi gənclərin Rusiyadan gələn təhlükəyə inansalar da, ölkələrinin NATO-nun nüvə potensialı sayəsində etibarlı şəkildə qorunduğuna əmindirlər.
Əli Babayev