Rus restoranlarında qiymətlər artacaq...

11 Avqust 2024 22:07 (UTC+04:00)

…Rus restoranlarında qiymətlər bu payızda kəskin arta bilər. SİA-nın əldə etdiyi məlumata görə, 78.ru bu barədə “Dövlət satınalmalarının vaxtı” Telegram kanalına istinadən yazır.

KİV-in məlumatına görə, oktyabr ayında iaşə obyektlərində qidanın qiyməti 8-10 faiz, spirtin qiyməti isə 10-15 faiz bahalaşa bilər.

Səbəblər arasında dost olmayan ölkələrdən alkoqolun gömrük rüsumlarının artırılması da var - indi ixracatçılar alkoqolun litri üçün 1,5 deyil, 3 avro ödəməlidirlər, idxal edilən şərabın rüsumu isə litri üçün 2 avro təşkil edir.

Digər səbəb ölkədə ərzaq məhsullarının bahalaşmasıdır ki, bu da özünü restoran və kafelərdəki menyuların qiymətində göstərir.

Əli Babayev