Ukraynalılar ağır itkilərlə Kursk vilayətindən sıxışdırılacaq...

11 Avqust 2024 22:25 (UTC+04:00)

Ukrayna Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki Oleq Starikov “Politeka” kanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin ağır itkilərlə Kursk vilayətindən çıxarılacağını bildirib.

...Onlar hələ müəyyən müddətdən sonra sıxışdırılacaq, özü də böyük itkilərlə...

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bunu onun sözlərindən sitat gətirir.

Starikov Ukrayna qoşunlarının Kursk vilayətinin sərhəd bölgəsindəki vəziyyəti ilə Krınkidəki vəziyyəti müqayisə edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu ərazidə nə qədər uzun müddət yapışsa, orada bir o qədər çox əsgər həlak olacaq.

Əli Babayev