Belqradda polis etirazçıları vağzallardan çıxarmağa məcbur edib

11 Avqust 2024 20:47 (UTC+04:00)

Belqrad polisi Serbiyada litium hasilatının genişləndirilməsinə etiraz edən nümayişçiləri iki şəhər qatar stansiyasından təmizləyib.

Şənbə günü bir neçə min etirazçı Serbiya paytaxtının mərkəzi vağzalında və Yeni Belqrad stansiyasında dəmir yolu hərəkətini dayandırıb.

Nümayişçilər dəmiryol relslərinə çıxaraq onların qarşısını kəsiblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Azadlıq” radiosunun serb xidmətinin məlumatına görə, polis qalxanlarla etirazçıları geri itələdi. 10-dan çox adam saxlanılıb.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç əmri pozanların hamısının məsuliyyətə cəlb ediləcəyini bildirib.

Qeyd edək ki, Serbiyada iyulun ortalarından yeni litium hasilatı planlarına qarşı genişmiqyaslı etirazlar keçirilir. Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu həftəsonu etirazçıların sayı 24-27 min nəfər arasında olub. Etiraz təşkilatçılarından biri Zlatko Kokanoviç avqustun 10-da bildirib ki, hökumət öz planlarından əl çəkməsə, fəallar Serbiyanın daha bir neçə şəhərində dəmiryol xətlərini bağlamağa davam edəcəklər.

Əli Babayev