"Barselona" azərbaycanlı qapıçı Eldar Tağızadə ilə anlaşıb. SİA xəbər verir ki, bu barədə mavi qranatların mətbuat xidməti məlumat yayıb.
Qapıçı ilə müqavilə 30 iyun 2026-cı ilə qədərdir. Qeyd olunur ki, 21 yaşlı qolkiper hələ də "Barselona"nın ikinci komandasında çıxış edəcək.
Qeyd edək ki, Eldar “Neftçi”nin yetirməsidir. Daha sonra o, Klermon sistemində (Fransa) olan İspaniyanın “Marset” klubunda çıxış edib.
2023-cü ildə Tağızadə "Luqo"ya keçib və orada da ikinci komandada çıxış edib.
Nazlı Almuradova