...Rusiya liderı Vladimir Putin Ukrayna ordusunun Kursk bölgəsini işğal etməsindən sonra Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovu “antiterror əməliyyatı”nın komandiri təyin edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müharibə Araşdırma İnstitutu bildirib.
...Putin çox güman ki, Bortnikovu “terrorla mübarizə əməliyyatı”na rəhbər təyin edib, çünki Bortnikov əvvəllər Rusiyanın daxili sabitliyini və Kreml rejimini təhdid edən böhranlar zamanı özünü effektiv idarəçi kimi göstərib.
Bu, Müharibə Araşdırma İnstitutunun hesabatında deyilir.
...Orada qeyd olunur ki, Bortnikov danışıqlarda iştirak edib və ötən yay üsyan zamanı “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinə zəmanət verib.
Yenidən seçildikdən sonra Putin açıq şəkildə Federal Təhlükəsizlik Xidmətinin direktorunu Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etdiyinə görə tərifləyib.
Müharibə Araşdırma İnstitutu aydınlaşdırır ki, Bortnikovun “terrorla mübarizə əməliyyatı” komandiri təyin edilməsi Putinin Rusiya hərbi komandanlığının Kursk bölgəsindəki vəziyyəti idarə etmə tərzindən narazı olduğunu göstərir.
Əli Babayev