Ucar rayonunda bazarda yanğın baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzindəki pərakəndə və topdan satış mərkəzində qeydə alınıb.
Yerli sakinlərin sözünə görə qəflətən başlayan yanığının əhatə dairəsi genişlənib. Alovun qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Ucar, Göyçay və Ağdaş bölmələrinin canlı qüvvə və texnikası cəlb edilib.
Alovun söndürülməsi və ətraf ərazilərin yanğından mühafizəsi üçün tədbirlər həyata keçirilir.