ABŞ gizli danışıqlar zamanı Venesuela liderı Nikolas Maduroya və onun əsas köməkçilərinə dövlət başçısının 2025-ci ilin yanvarında səlahiyyət müddəti başa çatana qədər istefa verməsi müqabilində amnistiya təklif edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
...Söhbət Venesuela liderinə qarşı ABŞ-ı kokainlə doldurmaq üçün sui-qəsddə iştirakda ittihamların götürülməsindən gedir. Amerika Ədliyyə Nazirliyi onları 2020-ci ildə Maduro və digər Venesuela hökumət rəsmilərinə təqdim edib.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton Maduro və digər Venesuela hökumət rəsmilərinin mühakimə olunmamasını eləcə də ABŞ-ın onların ekstradisiyasını tələb etməyəcəyini təmin etməyə hazırdır.
Xatırldaq ki, 2020-ci ildə ABŞ səlahiyyətliləri Maduronun həbsinə aparan məlumat üçün 15 milyon dollar mükafat təklif etmişdi.
“The Wall Street Journal” həmsöhbətləri belə qənaətə gəliblər ki, Birləşmiş Ştatlar amnistiya təklif edib, çünki Maduronun keçən iyul prezident seçkilərində uduzduğuna dair inandırıcı sübutların olduğuna əmindir.
Əli Babayev